“Bir neçə nazirliklə birgə təkliflər hazırlamışıq” - İnam Kərimov

   “Bir neçə nazirliklə birgə təkliflər hazırlamışıq” -    İnam Kərimov
  29 Yanvar 2019    Oxunub:6691
"Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı qaydalar hazırlanır"

Azvision.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov "Azərbaycan Respublikasının Regionlarının 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.
Nazir qeyd edib ki, qaydalar şəffaf, çevik və fermerlərin istəklərinə uyğun olmalıdır. Onun sözlərinə görə, bu sahədə səlahiyyətli qurum təkcə Kənd Təsərrüfatı Nazirliyi deyil:

"Bu məsələdə bir neçə nazirliyin mövqeyinin olması vacibdir. Ümumilikdə, müasir dövrün tələblərinə uyğun olaraq prosedurun təkmilləşməsinə ehtiyac var. Ona görə də, bir neçə nazirliklə birgə təkliflər hazırlamışıq. Kənd təsərrüfatı təyinatlı torpaqların öz kateqoriyasına uyğun dəyişdirilməsi və digər kateqoriyalarda istifadə edilməsi sahəsində prosedurlar təkmilləşdiriləcək".

Aytən Zəhra
Azvision.az





Teqlər: İnam-Kərimov  





Xəbər lenti