Subsidiyalarla bağlı yeni təkliflər hazırlanır

 Subsidiyalarla bağlı yeni təkliflər hazırlanır
  29 Yanvar 2019    Oxunub:1774
"Toxumçuluq və əkinçiliyin inkişaf etdirilməsi ilə bağlı xüsusi dövlət proqramı hazırlanır".
Azvision.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov "Azərbaycan Respublikasının Regionlarının 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.

Nazir qeyd edib ki, subsidiyaların verilməsi ilə bağlı yeni təkliflər hazırlanır. "Bu təkliflərin içərisində sertifikatlı toxumların alınması, təşviq edilməsi, bəzi hallarda məcburiyyət sistemlərinin tapılması barədə məsələlər öz əksini tapıb. Qısa müddət ərzində təkliflər hazırlanacaq və sahibkarlar bu prosesdə yaxından iştirak edəcək".

Aytən Zəhra
Azvision.az



Teqlər: Nazir   İnam-Kərimov  





Xəbər lenti