“Şərab adı ilə araq istehsal edib vergidən yayınırlar” - Nazir müavini

  29 Yanvar 2019    Oxunub : 1819
 “Şərab adı ilə araq istehsal edib vergidən yayınırlar” - Nazir müavini
"2017-ci ilə nisbətən 2018-ci ildə səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb. Təxminən 1500-dən artıq vergi yoxlaması aparılıb"

Azvision.az xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov "Azərbaycan Respublikasının Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.
Nazir müavini qeyd edib ki, son vaxtlar spirtli içkilər sahəsinə diqqət artıb. Buna səbəb vergidən yayınma hallarının çox olmasıdır.

"Aksizli mallarla bağlı çoxlu narazılıqlar idi. Ötən ilin avqust ayından başlayaraq 30-dan artıq müəssisədə postlar qurulub və bu günə qədər onların işi davam edir. Bu sahədə nizam- intizam yaradılmayana qədər proseslər davam edəcək. Sahibkarlar şərab adı ilə araq istehsal edir və şərabın aksizini verirlər. Bu adla vergidən böyük yayınmalar var idi", - deyə S.Ələkbərov qeyd edib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Vergilər-Nazirliyi   Sahib-Ələkbərov