DİN-dən narkotik əməliyyatı, tutulanlar var

DİN-dən narkotik əməliyyatı, tutulanlar var
  29 Yanvar 2019    Oxunub:1541
Sumqayıt ŞPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini E.Həsənov saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilib.

Pirallahı RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı sakini, əvvəllər məhkum olunmuş İ.Şərifovdan 485 qram, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Marzılı kənd sakini A.Musayevdən isə 135 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: Narkotik   DİN  





Xəbər lenti