“Gömrük məntəqələrində sıxlıq aradan qaldırılacaq” - Səfər Mehdiyev
DGK sədri deyib ki, sərhədlərdə sürətli keçidin və ticarətin asanlaşdırılması məqsədilə yeni texniki avadanlıqlar alınır: “Bu ilin ortasına qədər sahibkarlara yeni innovativ layihələr təqdim ediləcək. Nəqliyyat vasitələri təyinat yerindən sərhəd keçid məntəqəsinə getmədən mobil telefonla sıra götürə biləcək. Bu da sərhəddə növbələrin aradan qaldırılmasına xidmət edəcək".
Komitə sədrinin sözlərinə görə, sərhəd-keçid məntəqələrində sıxlıq daha çox günün pik saatlarında olur: "Gürcüstanla sərhəddə səhər saat 09:00-dan 11:00-a qədər sıxlıq müşahidə edilir. Sərhədlərin yenidən modelizasiya olunması, sürətli keçidin təmin edilməsi, ticarətin asanlaşdırılması üçün Vergi və Gömrük Məcəlləsinə yeni düzəlişlər edilib. Sərhəd-keçid məntəqələrində idxal zamanı yol vergilərinə görə ödənişlər gömrük idarəsində alınacaq, bu da müəyyən qədər sıxlığı aradan qaldıracaq”.
Aytən Zəhra
Azvision.az
Teqlər: DGK