Bakıda 290 metr rabitə kabeli oğurlanıb

Bakıda 290 metr rabitə kabeli oğurlanıb
  29 Yanvar 2019    Oxunub:1357
Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə yanvarın 28-də Bülbülə qəsəbəsi ərazisində 290 metr rabitə kabelinin oğurlanması barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Əhmədov, N.Yusifov və əvvəllər məhkum olunmuş M.Alırzayev müəyyən edilərək saxlanılıblar.

​Araşdırma aparılır.

Azvision.az


Teqlər: Oğurluq   Bakı  





Xəbər lenti