Beynəlxalq təşkilatların yanı (VİDEO)

   Beynəlxalq təşkilatların yanı    (VİDEO)
  29 Yanvar 2019    Oxunub:2397
Ermənistanda siyasi məhbusun ölümü onların qətnaməsinə də deyil
Ermənistan həbsxanasında aclıq edən QHT fəalı və jurnalist Mqer Yeqizaryanın ölümü ilə bağlı beynəlxalq sükut davam edir. Siyasi məhbusun ölümü ilə bağlı məlumatı bu ölkənin ədliyyə naziri Artak Zeynalyan açıqlayana qədər “Erməni qartallar-vahid Ermənistan” ictimai təşkilatının sədr müavini və “Haynyus.am” internet portalının xəbər bölməsinin rəhbərinin ölüm aclığı keçirdiyi demək olar ki, heç kimə məlum deyildi. Hamı susurdu – erməni hüquq müdafiəçiləri də, Ermistan müxalifəti və rəsmi dairələri də, Azərbaycanda filə döndərilməli qarışqa axtaran beynəlxalq təşkilatlar da...

Ölümündən sonra məlum oldu ki, Mqer Yeqizaryan 53 gün aclıq aksiyası keçirib, iki dəfə xəstəxanaya aparılıb və dünyasını dəyişib. Yeqizaryanın oğlu Vazqen Yeqizaryan ölkənin baş nazirinə açıq məktubnda yazır: “Nikol Paşinyan, bu cinayət işində sizin rolunuzu müəyyən etmək yəqin ki, heç vaxt mümkün olmayacaq. Lakin siz “nəyin bahasına olursa olsun, bu adamı məhkum etmək lazımdır” prinsipi ilə hərəkət etmisinizsə, onda mənim anamın və qardaşımın yaşadıqları əzabları sizin xanımınıza və oğlunuza da arzulayıram”.

Beynəlxalq təşkilatlar isə hələ də susur. Azərbaycanda aclığın imitasiyasını belə fövqəladə toplantıya çıxaran, qətnamə qəbul edən Avropa Parlamenti, Mqer Yeqiazaryanın ölüm yatağında olduğu, bəlkə də artıq dünyasını dəyişdiyi günlərdə qış sessiyasına toplaşan Avropa Şurası Parlament Assambleyası, Azərbaycanda konkret cinayət əməlinə görə tutulan adamların dərhal azadlığa buraxılmasını tələb edən ATƏT və digərləri...

Qeyd edək ki, Ermənistan hakimiyyətinin əməllərinin və beynəlxalq təşkilatların laqeydliyinin, ikili standartlarının qurbanı olan Mqer Yeqizaryan doğma kəndidə artıq torpağa tapşırılıb.



Azvision.az


Teqlər: Ermənistan   Aclıq  





Xəbər lenti