Ələt azad iqtisadi zonası ilə bağlı yeni sərəncam

  29 Yanvar 2019    Oxunub : 1024
Ələt azad iqtisadi zonası ilə bağlı yeni sərəncam
Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi üçün onun hüquqi bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Atmosfer havasının mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi barədə”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “İcra haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “Məhkəmələr və hakimlər haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Antiinhisar fəaliyyəti haqqında”, “Auditor xidməti haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “Elektron ticarət haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Haqsız rəqabət haqqında”, “Xarici investisiyanın qorunması haqqında” və “İcarə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “İcbari sığortalar haqqında”, “İxrac nəzarəti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Kommersiya sirri haqqında” və “Qrant haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “Lisenziyalar və icazələr haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Mühasibat uçotu haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “Patent haqqında”, “Reklam haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Poçt haqqında”, “Kredit ittifaqları haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lotereyalar haqqında”, “İpoteka haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “Torpaq icarəsi haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” və “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Məşğulluq haqqında” və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Tibbi sığorta haqqında”, “Elektron imza və elektron sənəd haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanunlara uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanunlara uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncamın 1.1-ci bəndində göstərilən qanunlara uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Sərəncam