Gömrükdə qanunsuz içki və siqaret aşkarlanıb

Gömrükdə qanunsuz içki və siqaret aşkarlanıb
  29 Yanvar 2019    Oxunub:1642
Ölkəyə qanunsuz yolla gətirilən spirtli içki və siqaretlər aşkar edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan Respublikası vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı vaxtı avtomobilin salonunda - ayaqaltı hissəsinə qoyulan yüklərin altında üzərində “Hlibny Dar” yazılan 15 ədəd spirtli içki və mühərrikxanasında qara sellofan torbada, üzərində “Gold Mount” yazılan 4800 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Gömrük  





Xəbər lenti