“Xəzər” avtomobillərinin 95 faizi satılıb - Zavodun direktoru

  29 Yanvar 2019    Oxunub : 4153
 “Xəzər” avtomobillərinin 95 faizi satılıb - Zavodun direktoru
“Xəzər” avtomobil zavodunda 200-ə yaxın Neftçala sakini işlə təmin edilib, istehsal həcmi artdıqca, bu say 300 nəfərə çatacaq.

Azvision.az xəbər verir ki, bunu “Xəzər” avtomobil zavodunun direktoru Emin Axundov regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda deyib.
O, bildirib ki, “Made in Azerbaijan” brendi altında “Xəzər” avtomobil zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur.

"Zavod 2018-ci ilin sonuna kimi qarşısına qoyduğu məqsədi tam yerinə yetirib. Belə ki, ötən il zavodda mindən artıq avtomobil istehsal olunub. Bu avtomobillərin 95 faizi satılıb. Qeyd etmək istərdim ki, Azərbaycan istehsalı olan bu avtomobillərin alışının 40 faizi dövlət qurumlarının payına düşübsə, 60 faizi əhali tərəfindən alınıb ki, bu da istehsal edilən avtomobillərin rəqabətqabiliyyətli olmasının göstəricisidir".



E.Axundov qeyd edib ki, “Xəzər” avtomobil zavodunda 2019-cu ilin fevral ayından artıq ilk “Peugeot” markalı avtomobillər istehsal xəttindən satışa çıxacaq.

Azvision.az

Teqlər: Neftçala   Xəzər   Maşın   Zavod