Həbib Nurməhəmmədov yarışlardan kənarlaşdırıldı

  29 Yanvar 2019    Oxunub : 2729
 Həbib Nurməhəmmədov yarışlardan kənarlaşdırıldı
UFC çempionu, dağıstanlı məşhur idmançı Həbib Nurməhəmmədov 9 ay müddətinə yarışlardan diskvalifikasiya edilib.

Azvision.az xəbər verir ki, bununla bağlı ABŞ-ın Nevada ştatının atletika komissiyası qərar verib.
Bildirilib ki, idmançının yarışlardan kənarlaşdırılmasına səbəb “UFC 229” turniri zamanı irlandiyalı döyüşçü Konor Makqreqor üzərində qələbədən sonra zalda dava salmasıdır. Nurməhəmmədov, bundan əlavə 500 min dollar cərimə ödəməli olacaq.



Digər digər qərarla Makqreqor da cəzalandırılıb. Belə ki, irlandiyalı idmançı kütləvi davada iştiraka görə 6 ay müddətinə yarışlardan kənarlaşdırılıb və 50 min dollar məbləğində cərimələnib.

Xatırladaq ki, oktyabrın 6-da MMA-ın “UFC 229” kateqoriyası üzrə ən güclü idmançıları hesab edilən rusiyalı Həbib Nurmaqomedov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib. Nurmaqomedov 4-cü raundda irlandiyalı rəqibini boğucu fəndə salaraq məğlub edib və yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.



Döyüşdən sonra Həbib Nurmaqomedovla Makreqorun komandası arasında dava düşüb. Mühafizəçilərin müdaxiləsindən sonra onları ayırmaq mümkün olub. Eyni zamanda, rinqdə də Nurmaqomedovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib.

Azvision.az

Teqlər: UFC   Həbib   Konor