Trampın müşaviri İlham Əliyevə zəng edib

 Trampın müşaviri İlham Əliyevə zəng edib
  30 Yanvar 2019    Oxunub:3026
Yanvarın 29-da axşam ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Azvision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Con-Bolton  





Xəbər lenti