“Rusiya irimiqyaslı Qarabağ müharibəsində iştirak edə bilər” - ABŞ kəşfiyyatı

“Rusiya irimiqyaslı Qarabağ müharibəsində iştirak edə bilər” -  ABŞ kəşfiyyatı
  30 Yanvar 2019    Oxunub:4371
ABŞ-ın milli kəşfiyyat direktoru Den Kouts bildirib ki, Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistanla Azərbaycan arasında irimiqyaslı hərbi müharibə başlayarsa, Rusiya da bu müharibədə iştirak edə bilər.
Azvision.az xəbər verir ki, Koutsun bu proqnozu ABŞ-ın kəşfiyyat strukturları birliyinin (MKİ və FTB ilə yanaşı ümumilikdə 17 struktur) qlobal təhdidlərlə bağlı hazırladığı birgə hesabatında yer alıb.

“Dağlıq Qarabağa görə Ermənistanla Azərbaycan arasındakı gərginlik Rusiyanın da cəlb oluna biləcəyi irimiqyaslı hərbi münaqişənin baş verməsi üçün potensial mənbə olaraq qalır”, – deyə hesabatda vurğulanıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   ABŞ   Rusiya  





Xəbər lenti