“Yaxın Şərqdə baş verənlərdən nəticə çıxarmalıyıq” - Səyavuş Heydərov

   “Yaxın Şərqdə baş verənlərdən nəticə çıxarmalıyıq” -    Səyavuş Heydərov
  31 Yanvar 2019    Oxunub:3047
"Radikalizm və ekstermizmin hədəfi əsasən gənclərdir. Gəncləri qorumalıyıq. Sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmaq lazımdır"
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Dini və ideoloji təhlükəsizlik" mövzusunda keçirilən tədbirdə deyib.

Komitə rəsmisi bildirib ki, heç bir din insanları zorakılığa, qarşıdurmaya çağırmır: "Biz müsəlman dövlətiyik və dini zəmində baş verən hadisələrdən sığortalanmamışıq. Azərbaycan tolerant ölkədir, multikultiralizm güclənir. Lakin Qərbdə bəzi dairələr var ki, bizim güclənməyimizi istəmir. Azərbaycanın yeraltı və yerüstü sərvətləri zəngdir və daha çox pay əldə etmək üçün bu gün onların təhdidlərini görürük".

Sədr müavini qeyd edib ki, dövlətimiz islamafobiyaya qarşı qətiyyətli və güclü mübarizə aparır. "Dünyada müharibələrin gücləndiyi dövrdə Azərbaycanın belə siyasəti ortaya qoyması bəzi dairələrin maraqlarına ziddiyyət təşkil edir. Azərbaycan dövlətinə qarşı şər və böhtanlar olur. Burada hədəf dövlətçiliyimizdir. Biz Yaxın Şərq ölkələrində baş verən hadisələrdən nəticə çıxarmalıyıq. Bu gün bəzi müsəlman ölkələrindən dini ideologiyalarını Azərbaycana yeritmək istəyən qüvvələr var. Dindar örtüyü altında gizlənən bəzi ünsürlər dövlətçiliyimizə, islamı dəyərlərimizə qarşı çıxır".

Aytən Zəhra
Azvision.az



Teqlər: Dini-Komitə  





Xəbər lenti