Kiyevdə 30-a yaxın səfir Şirinov qardaşlarını alqışladı - FOTOLAR

 Kiyevdə 30-a yaxın səfir Şirinov qardaşlarını alqışladı -  FOTOLAR
  31 Yanvar 2019    Oxunub:5420
Ukraynada Kiyev şəhər Dövlət Administrasiyasında Holokost Qurbanlarının Beynəlxalq Anma Gününə həsr edilmiş “Altı milyon ürək” adlı tədbir keçirilib.
Azvision.az xəbər verir ki, İsrailin Ukraynadakı səfirliyi, Ukrayna Yəhudi Forumu və Ukrayna Millətlər Assambleyasının təşkilatçılığı ilə keçirilən tədbirdə xarici diplomatik korpuslarının rəhbərləri, beynəlxalq təşkilatlar, Ali Radanın deputatları, Ukraynanın tanınmış ictimai-siyasi xadimləri iştirak ediblər.



Tədbirdə çıxış edən Ukrayna Millətlər Assambleyasının, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Holokost soyqırımını Xocalı soyqırımı ilə müqayisə edib. Bildirib ki, tarixdə belə soyqırım faktlarının baş verməməsi üçün dünya ictimaiyyəti bu cür hallara qarşı amansız mübarizə aparmalıdır.



R.Tağıyev daha sonra tədbirə qatılan bir ukraynalı ailəni faciədən qurtaran soydaşlarımız Umud və Sabir Şirinov qardaşlarını təqdim edib. Onların qəhrəmanlıqları tədbirdə iştirak edən 30-a yaxın səfirin alqışlarına səbəb olub.



Daha sonra Ukrayna mədəniyyət naziri Yevqeniy Nişikunun təşəkkür məktubu və Ukrayna Millətlər Assambleyasının və BUAK rəhbəri Rövşən Tağıyevin fəxri diplom və hədiyyələri Şirinov qardaşlarına təqdim edilib.







Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti