Azərbaycanda “donuz qripi”i aşkarlanmayıb - ÜST təkzib etdi

Azərbaycanda “donuz qripi”i aşkarlanmayıb - ÜST təkzib etdi
  31 Yanvar 2019    Oxunub:3687
Azərbaycanda “donuz qripi”nə yoluxma halları aşkarlanmayıb.

Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, Azərbaycanın Səhiyyə Nazirliyi ilə birgə aparılan araşdırmalara görə, ölkədə “donuz qripi”nə rast gəlinməyib.
"Paytaxt və regionlardan gələn analizlərin nəticələri göstərir ki, bu cür təhlükə mövcud deyil".

O, həmçinin vurğulayıb ki, insanlar qripə yoluxmamaq üçün mütləq peyvənd olunmalıdır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda 16 nəfərdə “donuz qripi”nin aşkar edilməsi barədə məlumat yaysa da, Səhiyyə Nazirliyi bunu yalanlayıb.

Azvision.az



Teqlər: ÜST   Qrip  





Xəbər lenti