AXCP üzvləri ictimai asayişi pozmağa cəhd edib

 AXCP üzvləri ictimai asayişi pozmağa cəhd edib
  31 Yanvar 2019    Oxunub:7347
Yanvarın 31-də əvvəlcə Azərbaycan Xalq Partiyası 3, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası 25, sonra isə Müsavat Partiyası 125, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə 135 - ümumilikdə 288 nəfərlə saat 11:00-dan 14:00-dək olan müddətdə Abşeron rayonunun Novxanı kəndində Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçiriblər.
Abşeron Rayon Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, AXCP-nin aparıcı funksionerləri anım tədbirinin mahiyyətinə uyğun olmayan siyasi xarakterli şüarlar səsləndirərək ictimai asayişi pozmağa cəhd ediblər. Lakin bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Azvision.az


Teqlər: DİN   AXCP  





Xəbər lenti