Danışılmış oyunlarla bağlı seminar keçirilib

Danışılmış oyunlarla bağlı seminar keçirilib
  31 Yanvar 2019    Oxunub:1370
AFFA-nın Futbol Akademiyasında Azərbaycan Premyer Liqası və Birinci divizion oyunlarına təyinat alan hakim-inspektorlar və AFFA nümayəndələri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.
Azvision.az xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyunlar haqqında nələri bilməlisiniz?”, “Əsas məqsəd sizi və futbolu qorumaqdır” mövzularında çıxış edib, İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında məlumat verib.

Maarifləndirici və hesabat xarakterli təqdimatla çıxış edən S.Səlimli seminar iştirakçılarının suallarını cavablandıran zaman bildirib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda AFFA-nın saytına yerləşdirilmiş linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvanlara məlumat göndərmək olar.

Azvision.az



Teqlər: AFFA  





Xəbər lenti