“Hazırda Azərbaycanda A(H1N1) virusu var” - ÜST rəsmisi

 “Hazırda Azərbaycanda A(H1N1) virusu var” -    ÜST rəsmisi
  01 Fevral 2019    Oxunub:5957
"Bu gün dünyada müşahidə edilən qrip mövsümü qripdir. Bu qrip Avropa ölkələrində, Gürcüstanda, Azərbaycanda da müşahidə edilir"

Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, qrip insanlarda müşahidə edilən İnfA (H1N1) pdm09 virusudur.
"Hazırda Azərbaycanda A (H1N1) virusu var, amma bu yeni virus deyil və "donuz qripi" adlandırılmır. "Donuz qripi" deyilən qrip yoxdur. "Donuz qripi" donuzdan insana keçdikcə və insandan insana keçdikcə artıq mövsümi qrip hesab edilmir. İlk dəfə 2009-cu ildə dünyada son pandemiya olub. Həmin zaman yeni virus yaranaraq insanlara keçmişdi. Son pandemiyanı yaradan Inf A(H1N 1) pdm09 olub".

H.Harmancı qeyd edib ki, dünyada mövsümü qripi yaradan A(H1N1) və H3N2 viruslardır: "Bu il Gürcüstanda müşahidə edilən A(H1N1) virusudur. Mövsümü qrip geniş yayılıb və Azərbaycanda da müşahidə edilir. Viruslardan qorunmaq üçün gigiyenik qaydalara əməl emək, peyvəndlərdən istifadə etmək vacibdir. Əsasən də risk qrupuna daxil olan şəxslər - 6 aydan yuxarı, 5 yaşa qədər uşaqlar, xroniki xəstəlikləri olan insanlar, hamilə qadınlar, 65 yaşdan yuxarı insanlar, səhiyyə işçiləri peyvəndlərdən istifadə etməlidir".

Aytən Zəhra
Azvision.az



Teqlər: Qrip  





Xəbər lenti