“Heyvanları iynə vurmaqla köçürməyəcəyik” - Zooparkın direktoru

“Heyvanları iynə vurmaqla köçürməyəcəyik” -  Zooparkın direktoru
  01 Fevral 2019    Oxunub:2849
“Bakı Zooparkında yenidənqurma işləri təxminən bu ilin sonuna kimi başa çatacaq”.

Bu barədə Azvision.az -a Zooloji Parkın direktoru Azər Hüseynov bildirib. Onun sözlərinə görə, təmir işləri ilə əlaqədar zooparkın fəaliyyəti bir neçə aylıq dayandırılacaq.
“Qaradağ rayonunda heyvanlar üçün yaxşı şərait yaradılıb. Biz heyvanları orada müvəqqəti yerləşdirəcəyik. Köçürülmə zamanı çalışacağıq ki, problem yaranmasın, heyvanlar stress yaşamasınlar. Çünki onları yatılı vəziyyətdə və ya iynə vuraraq deyil, ayıq formada aparacağıq. Köçürülmə işləri təxminən 15-20 gün ərzində baş tutacaq”,- deyə A.Hüseynov bildirib.

Qeyd edək ki, artıq zooparkdan heyvanların köçürülməsi prosesinə başlanılıb. Bakı Zooparkı genişləndirilərək əsaslı təmir ediləcək, heyvanların saxlanma şəraiti yaxşılaşdırılacaq. Hazırda parkın ərazisi 2.25 hektardır, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra 4.25 hektar olacaq.

Şahanə Rəhimova
Azvision.az


Teqlər: Zoopark  





Xəbər lenti