“20 minə yaxın müəllim işə qəbul edilib, 90 faizi gəncdir” - Nazir

 “20 minə yaxın müəllim işə qəbul edilib, 90 faizi gəncdir” -    Nazir
  01 Fevral 2019    Oxunub:1772
"Son 5 ildə 20 minə yaxın müəllim işə qəbul edilib ki, onların da 90 faizi gənc müəllimlərdir. İşə qəbul olunmuş müəllimlərin 70 faizi ölkənin müxtəlif ucqar kəndlərində fəaliyyətə başlayıb və onların hamısına stimullaşdırma tədbirləri tətbiq edilib".
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşündə deyib. Nazir hesab edir ki, bununla da ucqar kəndlərdə qeyri -ixtisaslı müəllimlərin dərs deməsi problemi aradan qaldırılır. Növbəti illərdə isə bu problem tam olaraq öz həllini tapacaq.

"Bu günədək 140 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçirilib. Ötən 5 il ərzində məktəblərdə aparılan təmir tikinti işləri nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb, 100 mindən çox müəllimin gündəlik fəaliyyət göstərdiyi məkan tamamilə yeni standartlara uyğun qurulub".

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil-Naziri   Ceyhun-Bayramov  





Xəbər lenti