“Heç bir əsas olmadan ölkəmiz ittiham edildi” - Fəzail Ağamalı
“Ermənistan həbsxanasında aclıqdan ölən siyasi fəal barədə müzakirə aparılmadı. Avropadakı təşkilatlar Ermənistanın müdafiə etməklə onların Azərbaycana qarşı işğalçılıq siyasətini stimullaşdırırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili yanaşma mövcuddur. Bu, onların bir daha xristian təəssübkeşliyinin nümayişidir. Mehman Hüseynovun məsələsini bayraq edib Azərbaycana qarşı kəskin iddialarla qətnamə qəbul edən Avropa Parlamentinə qarşı Milli Məclis etiraz məktubu ünvanlamalıdır. Tələb edilməlidir ki, ikilistandartlara son qoyulsun. Azərbaycan gücləndikcə, nüfuzu artdıqca, islahatlar dərinləşdikcə anti-milli qüvvələr hücuma keçirlər”, - deyə F.Ağamalı çıxışında qeyd edib.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis Deputat