“Yazılanları oxuyanda insan xəcalət çəkir” - Oqtay Əsədov

  01 Fevral 2019    Oxunub : 1979
 “Yazılanları oxuyanda insan xəcalət çəkir” - Oqtay Əsədov
“Sosial şəbəkələri oxuyanda insan xəcalət çəkir, nələr yazırlar… Milli Məclisin, dövlət rəhbərliyinin adına ağızlarına gələni yazırlar”

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
Spiker qeyd edib ki, təhqirə yol verənlərin qarşısının alınması barədə fikirləşməliyik. "İnsanlar bilməlidir ki, mentalitet təhqirə yol vermir. Artıq hər şeydən keçiblər”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   Oqtay-Əsədov