Prezident Azərbaycanın ilk gen mühəndisini mükafatlandırdı

   Prezident Azərbaycanın ilk gen mühəndisini mükafatlandırdı
  01 Fevral 2019    Oxunub:4005
Prezidenti İlham Əliyevin "2019-cu il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" 2019-cu il 1 fevral tarixli Sərəncamına əsasən, mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən şəxslərə Gənclər üçün Prezident mükafatları verilib.
Azvision.az xəbər verir ki, elm sahəsi üzrə bu mükafata Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov layiq görülüb.

Mükafat 10 min manat, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir.

Allahverdi Şahverənov Çin Xalq Respublikasında onkologiya sahəsi üzrə PhD və rezidentura təhsili alıb.


Azvision.az



Teqlər:





Xəbər lenti