“50 min məsələsi ilə bağlı faktın var?” - Spikerdən deputata irad
Deputat bildirib ki, S.Nuriyev məsuliyyəti başa düşməlidir: “Ölkə başçısının siyasətinın əsası işsizliyin aradan qaldırılmasıdır, bununla bağlı ciddi layihələr həyata keçirilməkdədir. Amma 1 ilə yaxındır ki, o, Bakıda tikinti işini dayandırıb. Mənim tikinti ilə əlaqəm yoxdur, amma bizə müraciətlər edirlər. İnsanların işlə təmin edilməsinə nə üçün qadağa qoyulur? Bu sahədə narahatlıq mövcuddur, aradan qaldırılmalıdır, konkret addımlar atılmalıdır. Bu cavan oğlan insanların məşğulluğuna niyə qadağa qoymalıdır?”.
Spiker isə F.Ağamalıya cavab olaraq deyib ki, faktı araşdırmaq lazımdır: “Araşdırmamış rəqəm söyləmək olmaz. 50 min məsələsi ilə bağlı faktın var? Bu harada olub? Dəqiq sənəd var? Dəqiqləşdirilməmiş məsələləri qaldırıb, ajiotaj yaratmaq lazım deyil”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Spiker Milli-Məclis Fəzail-Ağamalı