Siyavuş Novruzov: “Qəzet var ki, 10 işçisi mənzil alıb”

  01 Fevral 2019    Oxunub : 1802
 Siyavuş Novruzov: “Qəzet var ki, 10 işçisi mənzil alıb”
“Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda dəyişikliklər edilməlidir, yeni qaydalar tətbiq olunmalıdır. Hazırda müəyyən qəzet və jurnallarda təkmilləşmə işləri gedir. Bəzi media orqanlarında etik qaydalar pozulur. Bunların qarşısı qanunvericiliklə alınmalıdır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, vətəndaşın aşağılanması, dövlət əleyhinə çağırışlar yolverilməzdir: “Mətbuat Şurası bununla bağlı tədbir görməlidir, məsələnin həlli yolları araşdırılmalıdır. Ümummilli lider hakimiyyətə gəldikdən sonra qəzetlərin borcunu sildirdi və bir sıra mühüm işlər gördü. Bu da mətbuatın inkişafına səbəb oldu. Bu gün Prezident İlham Əliyev jurnalistlərə mənzil hədiyyə edir. Qəzetlər hər il dövlət büdcəsindən 100 minlərlə manat vəsait alırlar. Onlar bu məsələlərə adekvat münasibətlərini bildirməlidirlər. Amerika və digər ölkələrdə göstərsinlər ki, jurnalistə nə verirlər? Burada isə 10 il mətbuatda çalışana mənzil hədiyyə edilir. Elə qəzet var ki, 10 işçisi mənzil alıb. Bütün mətbuat orqanlarının nümayəndələri də fikirlərini bildirməlidirlər. Azərbaycanda təhqirə, söyüşə yer yoxdur. Kim bu addımı atırsa, həmin mətbuat nümayəndələri onlara cavab verməlidirlər”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Siyavuş-Novruzov