Oqtay Əsədov deputatlara xəbərdarlıq edib

   Oqtay Əsədov deputatlara xəbərdarlıq edib
  01 Fevral 2019    Oxunub:1669
Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib
Azvision.az xəbər verir ki, spiker hər kəsə işində diqqətli olmağı tapşırıb: “Bəzi deputat günün birinci yarıısı gəlir, ikincisi yarısı olmur. Heç kim kimdənsə artıq deyil. Heç kimi bura zornan millət vəkili etməyiblər. Bu, bizim birinci iş yerimizdir.

Milli Məclisin ayda 3-4 dəfə iclası var. Hamı vaxtı-vaxtında iclasda iştirak etsin. Üzürlü səbəb hamıda ola bilər. Olur ki, Milli Məclisin birinci yarısında iştirak edib, ikinci yarısında olmurlar. Bunu nə qədər demək olar? Belə işləmək saymamazlıq olur”-, deyə O.Əsədov vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Spiker   Milli-Məclis  





Xəbər lenti