Bir ayda 158 ədəd partlamamış hərbi sursat tapılıb

 Bir ayda 158 ədəd partlamamış hərbi sursat tapılıb
  01 Fevral 2019    Oxunub:1728
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu ilin yanvar ayı ərzində Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Qaradağ, Qazax, Salyan, Şəmkir, Tovuz, Tərtər, Xızı rayonları və Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şəki şəhərləri ərazisində 486,894 m² (48.69 ha) ərazini yoxlayıb.
ANAMA-dan Azvision.az -a verilən məlumata görə, ötən ay 158 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə və 3 ədəd tank əleyhinə mina (cəmi 162 ədəd) aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 477 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 532,656,082 m² (53,265.61 ha) ərazi təmizlənib, 801,317 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Bildirilib ki, yanvar ayı ərzində Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 12 (on iki), Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 6 (altı), Dövlət Sərhəd Xidmətindən (DSX) - 5 (beş) və Suraxanı rayon Polis şöbəsindən - 2 (iki) müraciət daxil olub (cəmi çağırış: 25). Müraciətlər əsasında 20 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağstafa, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şəmkir, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki və Lənkəran şəhərləri ərazisində 20,600 kv.m ərazi yoxlanılıb, 84 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd tank əleyhinə mina aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib. 2019-cu ilin yanvar ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti