İlham Əliyev Şri-Lanka prezidentini təbrik edib

İlham Əliyev Şri-Lanka prezidentini təbrik edib
  02 Fevral 2019    Oxunub:1385
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenanı təbrik edib.
Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və firavanlıq arzulayıram".

Azvision.az



Teqlər: Prezident  





Xəbər lenti