“Mingəçevir” SES-ə əlavə avtotransformator quraşdırılıb
Eyni zamanda avtotransormator yeni müasir tipli rele mühafizəsi və avtomatikası sistemi ilə təmin edilib. Qeyd edək ki, 4 ildən artıq idi ki, 220/110 kV hissəsiyə əlavə avtotransformator qoşulmadığından birinci avtotransformator fasiləsiz işləyir, qəza riskini artırır və onun üzərində əsaslı təmir-bərpa işləri aparmaq olmurdu. İndi isə yükü digər avtotransformatorun üstünə keçirməklə istənilən təmir işini həyata keçirmək və fasiləsizliyi təmin etmək mümkündür.
Əlavə avtotransormatorun qoşulması ilə dayanıqlıq və etibarlılıq təmin olunmaqla yanaşı, gərginlik də 2 kV artıb.
Eyni zamanda əlavə avtotransformatorun qoşulması Mingəçevir və ətraf regionlarda elektrik enerjisinin keyfiyyətliliyinə də müsbət təsir göstərib.
Azvision.az
Teqlər: Azərenerji Avtotransormator