MTRŞ 5 telekanala pul ayırdı - SİYAHI

  05 Fevral 2019    Oxunub : 1313
 MTRŞ 5 telekanala pul ayırdı - SİYAHI
Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Şuradan Azvision.az -a verilən məlumata görə, iclasda Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (“Lider TV”, “Xəzər TV”, “ATV”, “ARB 24” MMC, “Space TV”) 600 000 (altı yüz min) manat ayrılması barədə qərar qəbul edilib.

İclasda həmçinin Ictimai Televiziyanın Full HD formatında yüksək keyfiyyətli rəqəmsal yayımının tətbiqi ilə əlaqədar olaraq yeni yayım paketinin yaradılması (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalı) barədə qərar qəbul edilib.

Azvision.az

Teqlər: MTRŞ