Cənub bölgəsində zəlzələ olub - Yenilənib

 Cənub bölgəsində zəlzələ olub -  Yenilənib
  05 Fevral 2019    Oxunub:3633
Fevralın 5-də Yardımlı stansiyasından 24 kilometr şimal-şərqdə - Lerik rayonunda 3,9 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azvision.az -a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:24-də qeydə alınıb.

Ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bala yaxın, yaxın rayonlarda 3 bala qədər hiss olunub.

***
Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azvision.az -a verilən məlumata görə, yeraltı təkan Yardımlı, Lerik və Masallı rayonlarında hiss olunub.

Zəlzələ nəticəsində dağıntı və hər hansı ziyan qeydə alınmayıb.

Azvision.az



Teqlər: Zəlzələ  





Xəbər lenti