Azərbaycanda daha bir zəlzələ - Yenilənib

 Azərbaycanda daha bir zəlzələ -  Yenilənib
  06 Fevral 2019    Oxunub:3175
Fevralın 5-də yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 kilometr cənubda - Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Azvision.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Həmçinin saat 23:37-də Pirqulu stansiyasından 8 kilometr qərbdə - Ağsu ərazisində 3,4 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.

Azvision.az



Teqlər: Ağsu   Zəlzələ  





Xəbər lenti