Nazirlik zəlzələ ilə bağlı yeni məlumat yaydı

   Nazirlik zəlzələ ilə bağlı yeni məlumat yaydı
  06 Fevral 2019    Oxunub:2928
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) zəlzələ ilə bağlı məlumat yayıb.
ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov Azvision.az -a bildirib ki, İsmayıllı rayonu ərazisində yerli vaxtla saat 23:20 və 23:32- də iki yeraltı təkan (zəlzələ) baş verib. Zəlzələnin maqnitudası 5.1, dərinliyi 10 km olub. İlkin araşdırmalara görə, onun episentri Basqal kəndindən 5 km şimal-qərbə təsadüf edib. Episentrdə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib.

Ş.Səfərov qeyd edib ki, bölgələrlə aparılmış operativ sorğunun nəticələrinə görə, zəlzələ Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib. 1-ci təkan qısamüddətli, 2-ci təkan isə nisbətən uzunmüddətli hiss edilib.

"İlkin məlumata görə torpaq sürüşməsi ilə bağlı məlumatlar qeydə alınmayıb. Hazırda dəqiqləşdirmələr aparılır".

Azvision.az



Teqlər: ETSN   Zəlzələ  





Xəbər lenti