İsmayıllıda yenə zəlzələ oldu

   İsmayıllıda yenə zəlzələ oldu
  06 Fevral 2019    Oxunub:2846
Fevralın 6-da Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə - İsmayıllı rayonunun ərazisində 3 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azvision.az -a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 02:34-də qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində yeraltı təkan qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.

Azvision.az



Teqlər: FHN   İsmayıllı  





Xəbər lenti