Kəmaləddin Heydərov zəlzələ bölgəsində - FOTO (Yenilənib)

 Kəmaləddin Heydərov zəlzələ bölgəsində - FOTO (Yenilənib)
  06 Fevral 2019    Oxunub:4391
Fevralın 6-də səhər saatlarında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin digər rəhbər şəxsləri və mütəxəssislər zəlzələnin nəticələrinin araşdırılması məqsədilə bölgəyə gəliblər.

Azvision.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, əlavə məlumat veriləcək.


***
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov zəlzələ bölgəsinə səfər edib.

Azvision.az -ın məlumatına görə, nazir zəlzələnin zərər vurduğu əraziyə baş çəkib, yerli sakinlərlə görüşüb.

Qeyd edək ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində yeraltı təkan qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Zəlzələ   Şamaxı   Nazir  





Xəbər lenti