Şamaxıda 12-yə yaxın tikiliyə ziyan dəyib

 Şamaxıda 12-yə yaxın tikiliyə ziyan dəyib
  06 Fevral 2019    Oxunub:3252
Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində 12-ə yaxın tikiliyə ziyan dəyib.

Bu barədə Azvision.az -a Şamaxı Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Təbriz Məmmədov məlum verib. Onun sözlərinə görə, zəlzələ ilə əlaqədar qəzalı vəziyyətdə olan hasarlar və ya evlərin bir hissəsində uçma olub.
“Ciddi fakt yoxdur, salamatçılıqdır. Zəlzələ baş verəndən səhərə qədər rayon fövqəladə hallar komissiyası işləyib, rayon rəhbərliyi insanların arasında olub ki, panika olmasın. Şamaxı dağlıq zonada olduğu üçün burada zəlzələlər tez-tez olur. Əsasən köhnə evlərə, hasarlara və ya həyətyani tikililərə ziyan dəyib”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Şamaxı   Zəlzələ  





Xəbər lenti