Valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməsi sadələşdirilir

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməsi sadələşdirilir
  06 Fevral 2019    Oxunub:1684
"Valyuta tənzimi haqqında" qanuna dəyişiklik ediləcək.
Azvision.az -ın məlumatına görə, təklif edilın dəyişikliyə əsasən, valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi prosedurunun sadələşdirilməsini nəzərdə tutulur.

Xatırladaq ki, qanunun 13-2.5-ci maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə lisenziya verərkən onu müvafiq icra hakimiyyəti, indiki halda ölkə prezidenti ilə razılaşdırmalı idi. Təklif olunan dəyişikliklə bu məsələ aradan qaldırılır.

Qeyd edək ki, “Valyuta tənzimi haqqında” qanuna 2017-ci il aprelin 25-də edilmiş dəyişikliyə əsasən, valyuta mübadiləsi fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növüdür. Bu işlə banklar və milli poçt operatoru ("Azərpoçt" MMC) ilə yanaşı, fiziki şəxslər də məşğul ola bilərlər.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MM   Valyuta  





Xəbər lenti