Zəlzələyə görə beyninə qan sızan kişinin vəziyyəti ağırdır

  Zəlzələyə görə beyninə qan sızan kişinin vəziyyəti ağırdır
  06 Fevral 2019    Oxunub:1559
Zəlzələ nəticəsində xəsarət alanlardan yalnız bir nəfər hazırda Şamaxı rayon Mərkəzi Xəstəxanasındadır.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin şəxs beyninə qan sızan 58 yaşlı kişidir.

“Kişinin vəziyyəti ağırdır, reanimasiyada müalicəsini davam etdirir. Digər xəsarət alanalara yardım edildikdən osnra evə buraxılıblar”.

Qeyd edək ki, Şamaxıda baş verən zəlzələ nəticəsində 30 nəfər Şamaxı rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bunlar əsasən təzyiqi qalxan, dili tutulan və bədənin müəyyən hissələrində sınıq və əzik olan şəxslərdir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti