“Zəlzələdən sui-istifadə etmək istəyənlər var” - Komissiya sədri

“Zəlzələdən sui-istifadə etmək istəyənlər var” -  Komissiya sədri
  06 Fevral 2019    Oxunub:2264
Ötən gün ölkə ərazisində qeydə alınan zəlzələ İsmayıllı rayonun bütün yaşayış məntəqələrində hiss olunub.
Bu barədə Azvision.az -a İsmayıllı rayon fövqəladə hallar komissiyasının sədri, icra başçısının müavini Rövşən Ağayev məlumat verib. Komissiya sədri bildirib ki, zəlzələ ilə bağlı onlara 20-ə yaxın müraciət daxil olub.

“İsmayıllı və Ağsu rayonları arasında olan Sulut, Kərəveyzə, Sərsurə kəndlərindən müraciətlər daxil olub. Dağıntı yoxdur, sadəcə çatlarla bağlı müraciət ediblər. Müraciətlər araşdırılır. Çünki bu hadisədən sui-istifadə etmək istəyənlər də olur”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Zəlzələ   İsmayıllı  





Xəbər lenti