“Nə ermənilər köçüb gedəcək, nə də biz” - YAP rəsmisi

 “Nə ermənilər köçüb gedəcək, nə də biz” -  YAP rəsmisi
  06 Fevral 2019    Oxunub:2684
“Nə onlar köçüb gedəcək, nə də biz. Əvvəl-axır bu proses olacaq”.

Azvision.az xəbər verir ki, bunu YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov yap.org.az saytına müsahibəsində Azərbaycan və Ermənistan xalqlarının sülhə hazır olub-olmaması barədə suala cavabında deyib.
Onun sözlərinə görə, tarixdə 1905-ci, 1918-ci ildə də bu proses olub, sonra münasibətlər bərpa olunub: “Məsələ ondadır ki, ehtiyatımızı əldən verməməliyik. Bilirik ki, qonşumuz kimdir”.

“Birgəyaşayışı təsəvvür edirsiniz” sualına gəlincə, S.Novruzov qeyd edib: “Qonşudur da, tamamilə köçüb getməyəcək ki. Burada yaşayacaqlar, tədricən ərazilər tam bərpa olunduqdan, qarşılıqlı etimad yarandıqdan sonra münasibətlər illərlə düzələcək. Yaralarımız sağalana qədər çətin olacaq”.

Azvision.az



Teqlər: YAP   Qarabağ  





Xəbər lenti