Şamaxıda vəziyyət tam nəzarətə götürülüb - FOTOLAR

   Şamaxıda vəziyyət tam nəzarətə götürülüb -    FOTOLAR
  06 Fevral 2019    Oxunub:3053
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Nazirliyin digər rəhbər şəxsləri ilə birgə fevralın 6-da baş vermiş zəlzələnin nəticələri ilə yaxından tanış olmaq məqsədilə həmin əraziyə gəliblər.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, nazir Kəmaləddin Heydərov zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olmuş, yerli sakinlərlə söhbət aparıb. Zəlzələdən zərər çəkmiş yaşayış evlərindəki vəziyyətlə tanış olan nazir Kəmaləddin Heydərov bildirib ki, mütəxəssislər ziyan dəymiş binaların dayanıqlığını və vəziyyətini araşdırırlar.



Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, vəziyyət tam nəzarətə götürülüb və rayon Fövqəladə Hallar komissiyaları ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri addımlar atılacaqdır. Nazir onu da bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə yaxından iştirak edəcəklər. O vurğulayıb ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcəklər.








Azvision.az


Teqlər: Şamaxı   Zəlzələ   FHN  





Xəbər lenti