Zəlzələ bölgəsinə xüsusi təlim keçmiş itlər cəlb olunub

   Zəlzələ bölgəsinə xüsusi təlim keçmiş itlər cəlb olunub
  06 Fevral 2019    Oxunub:1424
Şamaxıda zəlzələ baş vermiş ərazinin vəziyyətinin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması üçün işlər aparılır.
Azvision.az xəbər verir ki, bu məqsədlə bölgəyə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aiasiya dəstəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin 118 nəfər şəxsi heyəti, 15 texnikası və xüsusi təlim keçmiş itlər cəlb olunub. Mütəxəssislər ziyan dəymiş binaların dayanıqlığını araşdırırlar.

Qeyd edək ki, ötən gün Azərbaycanda güclü zəlzələ baş verib. Zəlzələ əsasən Şamaxı rayonunda dağıntılara səbəb olub.

Azvision.az



Teqlər: Şamaxı   Zəlzələ  





Xəbər lenti