“Zəlzələnin fəsadları barədə müraciətlər çoxdur” - İcra Hakimiyyəti

   “Zəlzələnin fəsadları barədə müraciətlər çoxdur” -    İcra Hakimiyyəti
  07 Fevral 2019    Oxunub:1809
Şamaxıda baş verən zəlzələnin fəsadları araşdırılır.

Bu barədə Azvision.az -a Şamaxı rayon İcra Hakimiyyəti başçısının köməkçisi Təbriz Məmmədov məlumat verib. Onun sözlərinə görə, zəlzələnin fəsadları ilə bağlı müxtəlif müraciətlər daxil olur.
“Müraciətlər çoxdur, onların hər biri araşdırılır. Dağıntıların aradan qaldırılması üçün iş aparılır. Tamamilə dağılan ev yoxdur. Bir neçə otağı yarasız hala düşmüş və ya divarları dağılmış evlər var. Sakinlər digər otaqlara yerləşiblər, küçədə qalan olmayıb”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Şamaxı   Zəlzələ  





Xəbər lenti