XİN ukraynalı teleaparıcını “qara siyahı”dan çıxardı

XİN ukraynalı teleaparıcını “qara siyahı”dan çıxardı
  07 Fevral 2019    Oxunub:2343
Ukrayna vətəndaşı teleaparıcı Nadia Baziv Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
XİN-in mətbuat xidmətindən Azvision.az - verilən məlumata görə, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə tam hörmət etdiyini bildirən N.Baziv gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyini müraciətində qeyd edib.

Habelə, sözügedən şəxs gələcəkdə Azərbaycana səfər etməsi üçün icazə verilməsini xahiş edib. Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və Nadia Bazivin adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Azvision.az



Teqlər: XİN   Ukrayna  





Xəbər lenti