“Təhlükəsizlik məsələsində Avropaya inanmıram” - Stoltenberq
“Mən müdafiə sahəsində Avropanın bütün səylərini təqdir edirəm. Lakin vacibdir ki, bu səylər NATO-ya əlavə kimi həyata keçirilsin və onunla rəqabət aparmasın. Mən Avropa İttifaqına inanıram, amma NATO-ya alternativ kimi yox. Avropanın təhlükəsizliyi transatlantik əlaqələrdən asılıdır. Aİ heç bir halda bildirməməlidir ki, bu məsələnin öhdəsindən təkbaşına gələ bilər” – Stoltenberq vurğulayıb.
NATO baş katibi onu da əlavə edib ki, Böyük Britaniya Aİ-dan çıxdıqdan sonra NATO-nun müdafiə xərclərinin 80%-i alyansın İttifaqdan kənar tərəfdaşlarının üzərinə düşəcək.
Xatırladaq ki, ötən il Fransa prezidenti Emmanuel Makron ABŞ-dan asılı olmayan müstəqil ümumavropa ordusunun yaradılması və vahid müdafiə siyasətinin həyata keçirilməsini təklif edib. Bu təklifi Almaniya və bir neçə Avropa ölkəsi müdafiə edib.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Britaniya Avropaİttifaqı NATO Fransa