İtkin düşən 775 nəfərin yaxınlarından ağız suyu nümunəsi götürülüb

  07 Fevral 2019    Oxunub : 962
İtkin düşən 775 nəfərin yaxınlarından ağız suyu nümunəsi götürülüb
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə ötən il ərzində Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş şəxslərin yaxınlarından götürülmüş ağız suyu nümunəsi ilə bağlı statistikanı açıqlayıb.
Azvision.az xəbər verir ki, ötən il ərzində 775 itkin düşmüş şəxslərin yaxınlarından 2170 ağız suyu nümunəsi götürülüb.

Qeyd edək ki, ağız suyu nümunəsi itkin düşmüş şəxslərin yaxınlarından götürülür və gələcəkdə mümkün eksqumasiya zamanı istifadə üçün saxlanılır.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: BQXK