Qadını döyərək planşetini alan şəxs tutuldu

Qadını döyərək planşetini alan şəxs tutuldu
  07 Fevral 2019    Oxunub:1947
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 6-da günorta saatlarında M.Həsənov küçəsində bir nəfərin onu döyərək planşetini əlindən aldığını bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ş.Nəbiyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Quldurluq yolu ilə əldə etdiyi planşet polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb. Araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti