12 evdən oğurluq edən şəxslər tutuldu - FOTO

  07 Fevral 2019    Oxunub : 740
 12 evdən oğurluq edən şəxslər tutuldu - FOTO
Binəqədi rayonu ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən şəxslər rayon polis idarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Mirsaleh Məmmədov və Şəmkir rayon sakini Samir Abbasov tutulublar.



Araşdırma zamanı onların Binəqədi, Biləcəri qəsəbələrində 12 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları üzə çıxıb. Müəyyən edilib ki, oğurluq üçün evlərə əsasən M.Məmmədov daxil olub. Daha sonra o, oğurladığı əşyaları S.Abbasovla birlikdə satıb. Onların digər rayonların ərazilərində də evlərdən oğurluqlar etdikləri məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.



Azvision.az

Teqlər: DİN   oğurluq