“Həzi Aslanov” stansiyasında eskalator təmirə dayandırılıb

  07 Fevral 2019    Oxunub : 1204
“Həzi Aslanov” stansiyasında eskalator təmirə dayandırılıb
"Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator əsaslı təmirə
dayandırılıb. 
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, sərnişinlər digər eskalatordan istifadə edə bilərlər.

Qeyd edək ki, bu təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır. Eskalatorun əsaslı təmirinin may ayına qədər yekunlaşdırılması nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər eskalatordan istifadə edə biləcəklər. "Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Azvision.az

Teqlər: Metro   Eskalator